RU

Şoyqu: İran və İsrail arasında istənilən an yeni gərginlik baş verə bilər

BAKI, 15 sentyabr. TELEQRAF

İran və İsrail arasında istənilən an yeni gərginlik baş verə bilər.

Teleqraf xəbər verir ki, bu barədə "İnterfaks" agentliyinə müsahibəsində Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib.

O qeyd edib ki, hazırda İran və İsrail atəşkəs və sülh rejiminə riayət edirlər. Lakin bu vəziyyət istənilən an köklü şəkildə dəyişə və yeni gərginliyə səbəb ola bilər.

Şoyqu vurğulayıb ki, Rusiya Yaxın Şərqdə yeni eskalasiyaya yol verməməkdə maraqlıdır.

Onun sözlərinə görə, İran-İsrail ziddiyyətlərinin güc yolu ilə həlli mövcud deyil.

Избранный
33
teleqraf.com

1Источники