RU

KİV: Çarli Kirkin ailəsinə dəstək üçün toplanan ianələrin məbləği 6 milyon dolları keçib

BAKI, 15 sentyabr. TELEQRAF

Yutada qətlə yetirilmiş siyasi fəal Çarli Kirkin ailəsinə dəstək və onun xatirə tədbirlərinin təşkili üçün 6 milyon dollardan çox ianə toplanıb.

Teleqraf xəbər verir ki, bu barədə “Newsweek” jurnalı yazıb.

Məlumata görə, ianələrin əsas hissəsi - təxminən 4,65 milyon dollar amerikalı jurnalist Taker Karlsonun təşkil etdiyi yığım nəticəsində əldə edilib, radio aparıcısı Qlenn Bek 500 min dollar toplamağa nail olub, Kirkin “Turning Action” şirkətinin start verdiyi yığım vasitəsilə toplanan ianələrin məbləği isə 1,25 milyon dolları keçib.

Xatırladaq ki, 31 yaşlı Kirk sentyabrın 10-da Yuta ştatının Orem şəhərində yerləşən universitetdə çıxışı zamanı atəş açılıb. O, aldığı yaradan xəstəxanada vəfat edib.

Избранный
22
teleqraf.com

1Источники