Bakı. Trend:
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azadedilmiş ərazilərə "Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən,yenidən qurulan Kəlbəcər şəhərinə respublikanın müxtəlifyerlərindən, əsasən yataqxanalarda, sanatoriya və inzibatibinalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köçkarvanı yola salınıb.
Trend xəbər verirki, bu mərhələdə Kəlbəcər şəhərinə 32 ailə - 139 nəfərköçürülüb.
Doğma yurda qayıdan Kəlbəcər sakinləri hərtərəfli dövlət qayğısıilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birincivitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar,həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli AzərbaycanOrdusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarınıbildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmətdiləyiblər.