RU

Bu gün Azərbaycanda Bilik günü qeyd olunur

Yeni tədris ili

Bu gün Azərbaycanın təhsil müəssisələrində Bilik günü qeyd olunur.

APA xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin 2023-2024-cü tədris ilinin başlanması ilə bağlı imzaladığı əmrə əsasən tədris ili 15 sentyabr 2025-ci il tarixində başlayacaq, 14 iyun 2026-cı il tarixində başa çatacaq.

Yeni tədris ilində təhsilalanlar ümumilikdə 2,2 milyon nəfər təşkil edəcək

Sentyabrın 15-də təxminən 2,2 milyon təhsilalan təhsilin müxtəlif pillələri üzrə yeni tədris ilinə başlayacaq.

2025-2026-cı tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1,6 milyon şagirdin təhsil alacağı gözlənilir. Onlardan təxminən 130 mindən çoxu birinci sinif, 160 mini IX sinif, 117 mini isə XI sinifdə təhsil alacaq.

Yeni tədris ilində məktəbəhazırlıq qruplarında isə 90 minə yaxın uşağın təhsilə cəlb olunacağı gözlənilir.

Bu tədris ilində məktəbəqədər təhsilin 226 min uşağı əhatə edəcəyi proqnozlaşdırılır.

İlk dərs “Konstitusiya və Suverenlik İli”

2025-2026-cı tədris ilində ümumi təhsil müəssisələrinin II–XI siniflərində ilk dərs “Konstitusiya və Suverenlik İli” mövzusuna həsr olunacaq.

Yeni tədris ilində Bakıda 505 mindən çox şagird təhsil alacaq

Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ümumilikdə, 505 766 şagirdin təhsil alacağı gözlənilir. BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfində 39 622, IX sinfində 47 438, XI sinfində 35 134, XII sinfində 124 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

Paytaxtdakı ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına 21 491 beşyaşlının cəlb olunması nəzərdə tutulur.

BŞTİ-nin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisəslərinə isə 35 028 uşaq cəlb olunub.

Bakıda müəllim və tərbiyəçi-müəllim sayı

BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 28 127 müəllim, məktəbəqədər təhsil müəssisəslərində isə 4 149 tərbiyəçi-müəllim çalışır.

Qarabağ və Şərqi Zəngəzurda ümumi təhsil müəssisələrində 2 807 şagird təhsil alacaq

İşğaldan azad edilmiş ərazilərdə 7 məktəbəqədər təhsil müəssisəsində 243 uşaq tədrisə cəlb olunub. Növbəti tədris ilində Qarabağda 11 ümumi təhsil müəssisəsinin açılması nəzərdə tutulur. Qarabağ və Şərqi Zəngəzurda ümumi təhsil müəssisələrində 2 807 şagird təhsil alacaq.

Yeni tədris ilində daha 113 müəssisəsinin rasionallaşdırılması ilə bağlı qərar veriləcək

Xatırladaq ki, “Formula 1” zamanı bəzi məktəblərdə tədris 1 həftə onlayn formada keçiriləcək. Belə ki, 6 nömrəli məktəb, 132-134 saylı təhsil kompleksi, Elitar gimnaziya və digər mərkəzə yaxın müəssələrdə tədris 1 həftə distant formada təşkil ediləcək.

Избранный
17
6
apa.az

7Источники