RU

NATO Ukraynanın hava məkanını qorumalıdır Le Monde

Axar.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Rusiyanın PUA ilə Polşa hava məkanında yaratdığı təxribatdan sonra NATO ölkələri Moskvanı cilovlamaq üçün mövcud yanaşmalarını dəyişməli və Qərbi Ukrayna üzərindəki hava məkanının mühafizəsini öz üzərinə götürməlidir.

Axar.az xəbər verir ki, bu fikir Fransanın “Le Monde” qəzetində dərc olunan məqalə-müraciətində səslənib.

Müəlliflər bildirirlər ki, sentyabrın 10-na keçən gecə baş verən insident təsadüfi olmayıb. Rusiya yay aylarında dronlarında Polşa və Litva SIM kartlarını sınaqdan keçirərək bu addıma əvvəlcədən hazırlaşıb:

“Moskva dronlarını Avropa telekommunikasiya şəbəkələrinə qoşaraq hər birini informasiya toplayan sensora çevirir. Bu cihazlar həm müdafiə sistemlərini və radar stansiyalarını müəyyən edir, həm də Avropa hava hücumundan müdafiə qüvvələrinin protokollarını və reaksiyasını sınaqdan keçirir”.

Ekspertlər hesab edirlər ki, yeni reallıqda Avropa yalnız öz ərazisi üzərində PUA-ların vurulmasına əsaslanan passiv müdafiə strategiyasına güvənə bilməz. Yəni həm Avropa, həm də Ukraynanın dinc əhalisi qorunmalı, rus raketləri və dronları birbaşa Ukrayna hava məkanında zərərsizləşdirilməlidir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
32
1
axar.az

10Источники