RU

“Onların nifrəti anlaşılmazdır”: Tramp Zelenski–Putin görüşünün şərtini açıqladı

Vətəninfo.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putin arasında mümkün görüşlə bağlı açıqlama verib. Tramp qeyd edib ki, belə bir görüşün baş tutması üçün o, şəxsən müdaxilə etməli ola bilər.

Jurnalistlərə danışan Tramp bildirib ki, Putin və Zelenski arasında olan “anlaşılmaz nifrət” Ukraynadakı müharibənin bitirilməsini gözlədiyindən daha çətin edir:

“Mən bu müharibəni dayandırmaq istəyirəm. Bilirsiniz ki, mən yeddi müharibəni dayandırmışam. Düşünürdüm ki, bu da (Rusiyanın Ukraynadakı müharibəsi) mənim üçün asan olacaq. Amma alınmadı. Zelenski ilə Putin arasındakı nifrət anlaşılmazdır”, – deyə Tramp vurğulayıb.

O, həmçinin Rusiya və Ukrayna liderləri arasında birbaşa danışıqların mümkünlüyünə şübhə etdiyini bildirib:

“Danışıqlar olacaq – istər buna sammit deyin, istər sadəcə görüş, fərqi yoxdur. Amma yəqin ki, mən müdaxilə etməli olacağam. Onlar bir-birilərinə o qədər nifrət edirlər ki, demək olar, heç danışa bilmirlər”, – Tramp qeyd edib.

ABŞ prezidenti mümkün görüşün vaxtı ilə bağlı suala dəqiq cavab verməyib, lakin bunun “nisbətən tezliklə” baş verə biləcəyini bildirib.

Zelenski və Putin görüşü gündəmdədir

Putin və Trampın Alyaskada keçirdikləri danışıqlardan sonra Zelenski ilə Putinin görüşü mövzusu daha da aktuallaşıb. Lakin Rusiya sonradan bu ideyanı rədd edib.

Rusiya Prezidenti Vladimir Putin daha əvvəl Zelenski ilə Moskvada görüşməyə hazır olduğunu bəyan etsə də, Ukrayna lideri bu təklifi rədd edib.

KİV-də yayılan məlumatlara görə, Trampın oktyabr ayında Malayziyaya səfəri zamanı Putinlə yeni bir görüş keçirməsi də mümkündür.

Избранный
22
veteninfo.az

1Источники