RU

Putin və Zelenski bir birlərinə o qədər nifrət edirlər ki... Tramp

ain.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenski ilə Rusiya prezidenti Vladimir Putin arasında görüşü istisna etməyib, lakin onun təşkilinin asan olmayacağını deyib.Modern.az xəbər verir Fox News-a açıqlamasında Ağ Ev rəhbəri yeddi müharibəni dayandırdığını və Ukrayna ilə Rusiya arasında müharibəni dayandırmaq istədiyini xatırladıb. O bunun asan olacağını düşünürüm, amma əslində çətin olduğu ortaya çıxıb.

"Zelenski ilə Putin arasında nifrət hədsizdir. Onlar bir-birlərinə nifrət edirlər. Düşünürəm ki, mən danışmalı olacağam. Məsələni bu və ya digər şəkildə həll edəcəyik. Onlar bir-birlərinə o qədər nifrət edirlər ki, nəfəs ala bilmirlər. Ona görə də mən müdaxilə etməliyəm".

ABŞ prezidenti həmçinin Ukrayna və Rusiya arasında danışıqların olacağını proqnozlaşdırır, lakin danışıqların hansı formatda - ikitərəfli və ya üçtərəfli olacağını dəqiqləşdirməyib.

"Danışıqlar olacaq. Amma yəqin ki, mən müdaxilə etməliyəm. Putin və Zelenski bir-birlərinə o qədər nifrət edirlər ki, çətinliklə danışa bilirlər. Sadəcə olaraq, bir-biri ilə danışa bilmirlər", - Tramp əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
4
3
modern.az

4Источники