RU

Azərbaycanda ötən il 8 min satınalma rəqabətsizlik və prosedur uyğunsuzluqlarına görə baş tutmayıb

2024-cü ildə Azərbaycanda ümumi sayı 8 min ətrafında olan satınalmalar rəqabətsizlik və prosedur uyğunsuzluqları səbəbindən baş tutmayıb.

Bu barədə Hesablama Palatasına istinadən xəbər verilir.

Məlumata görə, təklif verən təchizatçıların sayının üçdən az olması, təqdim edilən təkliflərin ehtimal olunan qiymətdən yüksək olması və ya şərtlərə uyğun gəlməməsi ləğv edilmə hallarının əsas səbəbləri kimi göstərilir.

Hesabat dövründə 2 259 satınalma ləğv olunub ki, bu da ümumi müsabiqə əsaslı satınalmaların 23 %-ni təşkil edib. Bu satınalmalar üzrə ehtimal olunan dəyər 750 milyon manat olub və bu, baş tutmuş satınalmaların ehtimal olunan qiymətinin 14,4 %-nə bərabərdir.

“2024-cü ilin satınalma hesabatında bəzi hallarda 2025-ci ilin büdcə vəsaiti hesabına nəzərdə tutulmuş satınalmaların da yer aldığı müşahidə olunub ki, bu da hesabatlılıqda dəqiqlik baxımından suallar doğurur. Aparılmış məlumat təhlili bəzi satınalma proseslərində müqavilə və yekun protokol məbləğləri arasında qanunvericilikdə icazə verilən həddi aşan fərqlərin olduğunu göstərir. Bu hallar, ya satınalma məlumatlarının düzgün təqdim olunmadığını, ya da satınalma predmetinə müqavilə mərhələsində ciddi dəyişikliklər edildiyini göstərən risklər yaradır.

Məlum olduğu kimi, satınalma müqaviləsi qalib təchizatçının imzalamasında qədər satınalma komissiyası əvvəlcədən şərtlər toplusunda göstərmişdirsə, satınalma predmetinin hər vahidinin qiymətini və xüsusiyyətlərini (göstəricilərini) dəyişdirməmək, həmçinin ehtimal olunan qiyməti keçməmək şərtilə nəzarət orqanının razılığı ilə satınalma predmetinin həcmini (miqdarını) 10 %-ə qədər artırıb-azalda bilər. Başqa sözlə, yekun protokol və müqavilə məbləği arasında maksimum fərq 10 %-dən çox ola bilməz”, – deyə Palata bəyan edib.

Избранный
63
editor.az

1Источники