RU

Həmkəndlisini öldürməkdə şübhəli bilinən şəxs tutuldu YENİLƏNDİ

Sabirabadda həmkəndlilər arasında mübahisə ölümlə nəticələnib.

News24.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Moranlı kəndində baş verib.

Belə ki, 42 yaşlı Rüstəm Əliyev və 33 yaşlı Əli Əliyev birgə iştirak etdikləri məclisdə mübahisə ediblər. Məclis bitdikdən sonra isə aralarında yaranmış mübahisəyə aydınlıq gətirmək üçün yenidən görüşüblər. 

İlkin məlumata görə, mübahisə zamanı Ə.Əliyev R.Əliyevi bıçaqla qətlə yetirib.

Qətli törətməkdə şübhəli bilinən Əli Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


***

09:42

Sabirabadda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Sabirabad rayon prokurorluğundan News24.az-a verilən məlumata görə, sentyabrın 14-də saat 23 radələrində Sabirabad rayon sakini 1983-cü il təvəllüdlü Rüstəm Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1992-ci il təvəllüdlü Əli Əliyevin rayonun Moranlı kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Rüstəm Əliyevə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Əli Əliyev iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.



Избранный
43
2
news24.az

5Источники