RU

“Bilik Günü”ndə Balaxanıdan Berkliyə uzanan yol (FOTO)

Bakı. Trend:

Sanki bir il əvvəl yox, dünən idi... Sabunçu rayonunda yerləşən"üç əsrin şahidi" - 67 nömrəli tam orta məktəbdə daha bir tədrisili başlanırdı.

"Balakhani Operating Company LTD" hasilat şirkəti XIX əsrinsonunda Azərbaycan Neft Sənayedarlarının təşəbbüsü ilə təsis edilənbu məktəbə sələflərinin himayədarlıq ənənəsini davam etdirərəkqonaq gəlmişdir. Məktəbə Azərbaycan və dünya ədiblərinin klassikəsərlərindən ibarət geniş kitab kolleksiyası ayrıca guşə şəklindəhədiyyə olunurdu.

Tədbirin rəsmi hissəsi bitdikdən sonra 11ci sinif şagirdlərindənbiri şirkət prezidenti Rövşən Rzayevə yaxınlaşdı:

“Mən sizə öz kitabımı hədiyyə etmək istəyirəm. Ümid edirəm birgün mən də, sizin kimi ABŞ-da təhsil alacam, mən də Harvard məzunuolacam”.

Rövşən Rzayev məktəblini təbrik etdi və soruşdu: “Kitab nəbarədədir?”

“Adı-Old Chap Rudy. İngiliscə yazmışam. Rudy köhnə radiodur.Restoranın vitrinində eksponat kimi saxlanılsa da, ruhu ilə dünyanıdolaşır.”

“Sən Rudy-dən fərqli olaraq dünyanı bilik axtraşında özündolaşmalısan”.

Onda bu qeydə təbəssümlə cavab verən 67 nömrəli məktəbin şagirdiCəmil Şirinov düz bir il sonra tədris ilini doğurdan da, ABŞ-dabaşlayır.

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsis edilən“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrindətəhsil almalarına dair dövlət proqramının” qalibi kimi Cəmildünyanın top 10 nüfuzlu ali təhsil ocaqlarından biri,“Kaliforniyanın Berkeley Universiteti”nin kompüter elmlərifakültəsinin tələbəsi adını qazanıb. O, olduqca rəqabətcilbeynəlxalq qəbul prosesinin qalibi kimi dünya şöhrətliazərbaycanlı, professor Lütfi Zadənin bir vaxtlar dərs dediyi sinifotaqlarında oxuyacaq.

Müəllifi olduğu kiçik kitabın arxasında Cəmil Şirinov yazırdı:“Mən, gələcəyin mühəndisi, romantiki və xəyalpərəstiyəm. Özümə vəarzularıma inanıram.”

Cəmil kimi bu gün dərs ilinə başlayan minlərlə məktəbliyə dəbelə xəyalpərəst olmağı arzu edirik. Bilin ki, arxanızda hər zaman“qara qızılı”nı insan kapitalına çevirmək üçün çalışan müstəqil,güclü Azərbaycan dövləti var!

“Bilik
“Bilik
Избранный
34
6
az.trend.az

7Источники