RU

Putin-Zelenski görüşü olmasa: Tramp hansı addımı atacaq?

"Rusiya Prezidentinin siyasi kursunu, onun atdığı addımları və manevrləri diqqətlə izləyən hər bir müşahidəçi gözəl deyə bilər ki, Volodimir Zelenski - Vladimir Putin görüşünün baş tutması çox çətin prosesdir". 

Bu sözləri politoloq Elçin Abdullayev Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, bu danışıqların təşəbbüskarı və bu iki liderin bir araya gətirilməsi missiyasını ABŞ Prezidenti Donald Tramp üzərinə götürüb:

"Amma hazırda hadisələrin gedişatı göstəri ki, bu görüş baş tutmayacaq. Zelenski və Putin arasında görüş baş tutmayacağı təqdirdə, ABŞ Prezidenti Rusiyaya qarşı sanksiyaları daha da sərtləşdirməyəcək. Çünki Donald Tramp iş adamıdır və onun üçün ticarət maraqları bütün maraqların önündə gəlir. 

Bu baxımdan, sanksiyaları sərtləşdirməməklə Rusiya ilə ABŞ arasında ticarət əlaqələrini qoruyub saxlamağa çalışacaq. Yəni Tramp ən azından Rusiyaya qarşı tətbiq olunan mövcud sanksiyaları qoruyub saxlayacaq. Hesab edirəm ki, o, Rusiyaya qarşı sanksiyaları aradan qaldırmayacaq, amma yeni sanksiyalar da tətbiq etməyəcək".

381861

Ekspert qeyd edib ki, Tramp Rusiya-Ukrayna savaşında sanki bir düyünə düşüb:

"O, hələ seçki kampaniyasında və hakimiyyətə gəldikdən sonra bütün variantlara əl atır ki, özünün adını tarixə sülhü qoruyub saxlayan və yaxud da sülhü bərqərar edən prezident kimi keçirtsin. Lakin Tramp üçün bu yolu bağlayan da Putindir. Hansı ki, Tramp Putinə simpatiyası olan bir liderdir və bunu da hər kəs bilir".

Politoloqun sözlərinə görə, Putin-Zelenski görüşünün baş tutmaması birbaşa Rusiya Prezidentinin ambisiyalarından və onun hüquqsuz istəyindən irəli gəlir:

"Əksinə, Tramp hakimiyyətə gələndən sonra Putinlə Alyaskada görüş keçirdi. Həmin görüşdə Rusiya liderinin yüksək səviyyədə qarşılanması ötən illər ərzində Putinin şəxsi imicinə vurulan zərbəni aradan qaldırdı. Hətta bir az da Tramp Putinin reytinqini qaldırmış oldu. Bundan sonra nələr baş verəcəyini isə zaman göstərəcək". 

Pərviz

Избранный
21
hit.az

1Источники