Polşa Hərbi Hava Qüvvələri Su-22 qırıcı-bombardmançı təyyarələrini istismardan çıxarıb.
Herbiand.az bildirir ki, bu barədə TWZ nəşri xəbər verir.
Nəşrin məlumatına görə, ümumilikdə Polşa Hərbi Hava Qüvvələrində ölkənin NATO-ya daxil olmasından sonra modernləşdirilmiş 90 ədəd biryerlik Su-22M4 və 20 ədəd ikiyerlik Su-22UM3K var idi.
Polşada bu tip qırıcıları tədricən Cənubi Koreyanın FA-50 yüngül döyüş təlim təyyarəsi əvəz etməyə başlayıb. 2022-ci ildə Polşa Müdafiə Nazirliyi 48 belə təyyarə sifariş edib. Onlardan birincisi 2023-cü ilin iyulunda Polşaya çatdırılıb.
Bəxtiyar CƏFƏRLİ