RU

"Barselona"dan 6 qollu futbol dərsi!


"Barselona" futbol klubu İspaniya La Liqasının dördüncü turunda səfərdə "Valensiya"nı darmadağın edib. Qarşılaşma Kataloniyanın paytaxtında "Yohan Kroyf Arena" stadionunda 6 min tamaşaçının iştirakı ilə keçirilib və 6:0 hesabı ilə başa çatıb. Qaliblərin heyətində Fermin Lopez, Rafinya və Robert Levandovski iki dəfə fərqləniblər. Bu qələbədən sonra Hans-Diter Flikin rəhbərlik etdiyi komanda 10 xal toplayıb və turnir cədvəlində ikinci pilləyə yüksəlib.

Qeyd edək ki, "Real" La Liqaya liderlik edir, Xabi Alonsonun komandası dörd oyundan sonra 12 xalı var.

Mətləb

Избранный
7
1
baki-xeber.com

2Источники