RU

Kanadada kiçik təyyarə qəzaya uğradı: yalnız pilot sağ qaldı

Kanadanın Manitoba əyalətində kiçik təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb, 1 nəfər yaralanıb.

Ölkə.Az "CTV"yə istinadən xəbər verir ki, hadisə bölgənin az məskunlaşdığı şimal hissəsində Meykpis gölünün yaxınlığında baş verib. Dağıntıların axtarışına helikopter cəlb edilib.

Polisin məlumatına görə, yalnız pilot sağ qalıb, lakin o, ağır yaralanıb. Sərnişinlər həlak olublar.

Təyyarə qəzası ilə bağlı araşdırma aparılır.

Избранный
49
olke.az

1Источники