RU

Vardanyan: Bakının dörd, Ankaranın iki tələbi yerinə yetirilir

ain.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Azərbaycanın sülh prosesi çərçivəsində Ermənistanın qarşısına qoyduğu tələblər bir-bir yerinə yetirilir”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Kristina Vardanyan deyib.

Deputat Azərbaycanla yanaşı, Türkiyənin də münasibətlərin normallaşması üçün bir sıra tələblərinin olduğunu qeyd edib:

Vardanyan bu tələbləri aşağıdakı kimi sırlayıb:

- Azərbaycan Konstitusiyanın dəyişdirilməsini tələb etmişdi, artıq proses başlayıb.

- Türkiyə “erməni soyqırımı” məsələsinin beynəlxalq səviyyədə qaldırılmamasını tələb edib. İrəvan bunu bir kənara atıb.

- Türkiyə Ağrı dağı ilə bağlı addımların atılmasını tələb edib, artıq bununla bağlı kampaniya başlayıb. Ağrı ilə bağlı simvollar mümkün yerlərdən yığışdırılır.

- Azərbaycan ATƏT-in Minsk qrupunun buraxılmasını tələb edib. Bu məsələ də həllini tapıb.

- Azərbaycan sərhəddə üçüncü ölkə qüvvələrinin yerləşdirilməməsini tələb edib. Məsələ razılaşdırılıb.

- Azərbaycan Ermənistan ordusunun ixtisar edilməsini də tələb edib, həyata keçirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
14
6
sherg.az

7Источники