RU

Ən varlı amerikalıların orta yaşı açıqlanıb

Ən zəngin 400 amerikalı siyahısında yer alan milyarderlərin orta yaşı 70-dir.

Editor.az bu barədə Forbes-ə istinadla yazıb.

2025-ci il siyahısına qoşulan ən yaşlı şəxs 96 yaşı tamam olan torpaq və taxta maqnatı Archie Aldis Emmersondur. Siyahıya 90 yaşdan yuxarı 23 nəfər daxildir.

Eyni zamanda, 33 milyarderin yaşı 50-dən aşağı idi. Onlardan 10-u 42 və daha gənc idi. Siyahıya qoşulan ən gənc şəxs 37 yaşlı Surge AI-nin yaradıcısı Edvin Çen olub.

Sentyabrın 10-da sərvəti 400 milyard dolları keçən Tesla və SpaceX-in qurucusu İlon Maskın ardıcıl dördüncü ildir ki, dünyanın və ABŞ-ın ən varlı adamları siyahısına başçılıq etdiyi açıqlanıb.

//Gülnarə Abasova, Editor.az

Избранный
48
editor.az

1Источники