RU

Mərkəzi Bank sığortaçı axtarır - TENDER

Azərbaycan Mərkəzi Bankı (VÖEN: 9900071001) açıq müsabiqə elan edib.

FED.az xəbər verir ki, müsabiqə əsas vəsaitlərin sığortalanması xidmətlərinin satın alınmasını əhatə edir.

Satınalmanın ehtimal olunan qiyməti 231 min 547 manat 02 qəpikdir.

 Təkliflərin son təqdim olunma tarixi və zərflərin açılış vaxtı 07 oktyabr 2025 saat 17:00-a təyin edilib.

Müsabiqədə iştirak haqqı 350 manat, sənədlərlə tanış olmaq üçün istifadə haqqı isə 25 manatdır. Təchizatçılar həm iştirak, həm də istifadə haqqını ödəməlidirlər. İddiaçıların sayı üçdən az olduqda satınalma baş tutmamış sayılır və ödənilmiş məbləğlər geri qaytarılmır.

Satınalma ilə bağlı əlaqələndirici şəxs – böyük mütəxəssis Abdulla Böyükkişiyevdir. Əlaqə üçün email: [email protected], telefon: +994 12 493 50 58.

İddiaçılar təkliflərini 07 oktyabr 2025-ə qədər AZ1014, Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 90 ünvanına təqdim edə bilərlər.

Sığortaya 1 il müddətinə daşınmaz əmlakın icbari və əlavə risklərdən sığortası, maşın və avadanlıqların sığortası, elektron cihaz və avadanlıq sığortası daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası daxildir.

Избранный
34
fed.az

1Источники