RU

Yeni partiya yaradılır? Özəlin köməkçisi açıqlama yaydı

CHP sədr müavini Gül Çiftçi partiya qurultayının ləğvi ilə bağlı iddialar fonunda diqqətçəkən açıqlamalar verib.

Turkustan.az xəbər verir ki, o bu prosesin mənfi nəticələnəcəyi təqdirdə yeni partiya qurulacağı ilə bağlı yayılan iddiaları qəti şəkildə təkzib edib.

"Bundan söhbət gedə bilməz" – deyə, Çiftçi Halk TV-yə verdiyi açıqlamada bildirib:
“Bunu xüsusi vurğulamaq istəyirəm: CHP bizim üçün Atatürkün partiyasıdır. Bizim bu partiyadan çıxmağımızdan söhbət belə gedə bilməz.”

Gül Çiftçi əlavə edib ki, bu cür iddialar partiya daxilində parçalanma gözləyənlərin ümidinə əsaslanır:
“Bəli, belə deyirlər, çünki ümid edirlər. Amma bu, heç bir halda gündəmimizdə deyil. Biz seçki baryerini keçə bilmədiyimiz zaman da bu partiyada idik, partiyanın çətin dövrlərində də burada olduq. İndi də CHP-nin yanındayıq və qalacağıq.”

Bütün diqqətlər isə bu gün Türkiyə saatı ilə saat 10:00-da Ankara 42-ci Mülki Cəza Məhkəməsində baxılacaq CHP-nin qurultayının ləğvi ilə bağlı prosesə yönəlib.

Aytən Yaşar/ Turkustan.az

Избранный
45
1
turkustan.az

2Источники