RU

Bakının azadlığından Azadlıq Meydanındakı Zəfər paradına- ÖZƏL

Azərbaycan ilə Türkiyə bütün sınaqlardan şərəflə çıxaraq "bir millət, iki dövlət" şüarının (söz ilə əməl birliyinin) ruhuna sadiqliyini sübuta yetirib. 107 il öncə bu gün - 15 sentyabr 1918-ci ildə Azərbaycan Milli Ordusunun Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu ilə birlikdə Bakını erməni-daşnak, eser-menşevik və bolşeviklərdən azad etməsi də bu mənəvi-siyasi gerçəkliyin inkaredilməz tarixi ifadəsidir.
Çiyin-çiyinə addımladığımız, şanlı qürur amilinə çevrilən müasir tariximiz isə ibrətamiz hadisələr və ibrət dərsləri ilə zəngindir:
- 44 günlük Vətən müharibəsi "Azərbaycan daim Türkiyənin yanındadır!" , - deyə inamla və qətiyyətlə vurğulayan Azərbaycanla "Can Azərbaycanı heç vaxt yalnız buraxmarıq!" söyləyən Türkiyənin müdhiş birliyinin tarixi simvoluna çevrildi. Qardaş ölkənin mənəvi-siyasi dəstəyi Azərbaycanı 30 il hərbi-siyasi əsarətdə qalmış torpaqlarını azad - xilas etməyə ruhlandırdı, inam, əzm və güc verdi;
- Bakının işğaldan azad edilməsindən 102 il sonra - 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən Zəfər paradı ölkəmizin qüdrətinin, şanlı qələbəsinin nümayişi olmaqla yanaşı, bir millətin iki dövləti olan Azərbaycan ilə Türkiyənin dostluq və strateji tərəfdaşlığının rəmzlərindən birinə çevrildi, qardaşlığımızın sarsılmaz olduğunu bütün dünyaya göstərdi;
- Qars müqaviləsindən 100 il sonra Şuşa Bəyannaməsinin imzalanması ilə Azərbaycan-Türkiyə münasibətlərinə yeni mənəvi-siyasi və hərbi-strateji məzmun verildi. Biz müttəfiqlik münasibətlərinin strateji xarakterini və ən yüksək səviyyədə olduğunu təsdiqlədik. 
Dolayısıyla, bu gün qürurverici tariximizin parlaq səhifələri, Qələbə dastanı - qəhrəmanlıq salnaməsi olan Çanaqqala və Qarabağ zəfərlərini iftixarla xatırlayır, ehtiramla yad edirik. Həm Çanaqqala döyüşlərində, həm də İkinci Qarabağ savaşında 3 mindən çox azərbaycanlının şəhidlik zirvəsinə yüksəlməsi məhz qardaşlıq zərurətidir. 
Bu gün ölkəmizdə Şəhidlər Xiyabanında Azərbaycanın ərazi bütövlüyü və Bakının azad olunması uğrunda canlarını qurban vermiş 1300-ə yaxın Qafqaz İslam Ordusu döyüşçüsünün xatirəsinə ucaldılmış abidə - Türk Şəhidliyi şanlı tariximizin və taleyimizin əzəmətli simvollarındandır. Əminik ki, Şamaxıda adsız məzarlıqda uyuyan şəhidlərimizin də ruhu şaddır. Bunlar ortaq keçmişə malik xalqlarımızın, bir millətin iki dövləti olan Azərbaycan və Türkiyənin müqəddəs and yerləri - qürur məkanlarıdır.
Biz siyasətdə olduğu kimi, mənəviyyatda - ali və müqəddəs məqamlarda da vəhdətdəyik!
Zəfər yürüşümüz isə davam edir!

Nurlan Qələndərli
YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
43
2
olaylar.az

3Источники