RU

Bakıda 20 yolda “yaşıl dalğa” rejimi tətbiq edildi - SİYAHI

Yeni tədris ilinin başlanması ilə əlaqədar paytaxt yollarında nəqliyyatın intensivliyini artırmaq məqsədilə səhər saatlarından başlayaraq paytaxtın 8 prospektində və 12 küçəsində svetoforlara "yaşıl dalğa" rejimi tətbiq edilir.

Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında deyilir.

Həmin küçə və prospektlər aşağıdakılardır:

1. Rəşid Behbudov küçəsi;
2. Mikayıl Müşfiq küçəsi;
3. 28 May küçəsi;
4. Yusif Səfərov küçəsi;
5. Məhəmməd Füzuli küçəsi;
6. Həsən bəy Zərdabi küçəsi;
7. Səməd Vurğun küçəsi;
8. Həsənoğlu küçəsi;
9. Ceyhun Hacıbəyli küçəsi;
10. Akademik Həsən Əliyev küçəsi;
11. Əhməd bəy Ağaoğlu küçəsi;
12. Abbasqulu ağa Bakıxanov küçəsi;
13. Şah İsmayıl Xətai prospekti;
14. Mətbuat prospekti;
14. İnşaatçılar prospekti;
16. Fətəli xan Xoyski prospekti;
17. Atatürk prospekti;
18. Azadlıq prospekti;
19. Qara Qarayev prospekti;
20. 8 Noyabr prospekti.

Избранный
49
28
musavat.com

10Источники