RU

Ərdoğanın bu addımı İrəvanı qorxuya saldı 7 il öncəki plan işə düşür

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyənin nüvə reaktorlarının tikintisinə başlaması Ermənistanda müzakirələrə səbəb olub.

Globalinfo.az xəbər verir ki, erməni politoloq Ara Poqosyanın sözlərinə görə, bu, Ankaranın öz nüvə proqramı yolunda ilk addımıdır.

“2018-ci ildən Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan deyir ki, İsrailin nüvə silahı varsa, niyə öz ölkəsinin də olmasın. Onların ilk gördüyü iş bu və ya digər şəkildə yerli mütəxəssisləri Pakistana “işgüzar səfərə” göndərmək oldu. İrandan fərqli olaraq Türkiyə hər şeyi çox gizli şəkildə edir”, – deyə o bildirib.

A.Poqosyanın fikrincə, Türkiyənin mümkün nüvələşdirilməsi təkcə İsrailin deyil, Yunanıstan, Kipr, Ermənistan, Gürcüstan, İran, Misir, İraq, Suriya, Hindistan, hətta Fransa və Rusiyanın da maraqlarına ziddir:

“Bu ölkələrin Ankaranın son addımlarına necə reaksiya verəcəyini zaman göstərəcək”.

Qeyd edək ki, Türkiyənin sənaye naziri Kacir Ankaranın digər ölkələrin iştirakı olmadan nüvə reaktorlarının tikintisi üzrə milli layihəyəyə başladığını açıqlayıb.

Əliyar Xəlil

Globalinfo.az  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
18
2
globalinfo.az

3Источники