“Starlink” peyk internetinin işində fasilələr bütün dünyada qeydə alınıb.
Publika.az xəbər verir ki, bunu internet resurslarının işində nasazlıqları izləyən “Downdetector” saytının məlumatları sübut edir.
Qeyd olunur ki, sentyabrın 15-i səhər saatlarında internetin kəsilməsi ilə bağlı müraciətlərin sayı 50 minə yaxın olub.
“Starlink” planetin istənilən yerində genişzolaqlı internetə çıxışı təmin etmək üçün nəzərdə tutulmuş peyk şəbəkəsidir.