RU

Azərbaycan turizmində tarixi abidələr və mədəni irs hansı rola malikdir?

"Tarixi abidələr və mədəni irslər hər bir ölkənin turizmində müstəsna rola malikdir". 

Bu sözləri turizm üzrə ekspert Rəhman Quliyev Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, Azərbaycan turizmində də mədəni irs və tarixi abidələr aparıcı rol oynayır:

"Belə ki, bu faktorlar Azərbaycanın turizm brendini formalaşdırmaqda və onu beynəlxalq səviyyədə tanıtmaqda çox mühüm əhəmiyyət daşıyır. Xüsusilə, xarici turistlərin əksəriyyəti ölkəmizi seçərkən onun zəngin mədəni irsinə və minillik tarixə malik abidələrinə görə maraq göstərir".

381892

Ekspert nümunələr də verib:

"Məsələn, Qız qalası, Şirvanşahlar sarayı, Qobustan qaya rəsmləri, İçərişəhər, Şəki Xan Sarayı və digərləri turistlərin marağına səbəb olur, ölkəmizə böyük turist axını yaradır. Üstəlik, onların hər biri UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olub". 

Mütəxəssis vurğulayıb ki, yaxın perspektivdə işğaldan azad edilmiş ərazilərdə də bərpa olunan mədəni-tarixi abidələr, məscidlər, qalalar, türbələr və digər memarlıq nümunələri bölgəyə yeni turizm potensialı qazandıracaq:

"Hesab edirəm ki, bu da istər daxili turizmin canlanmasına, istərsə də xarici marağın artmasına gətirib çıxaracaq. Əsasən də festival və tədbirlərlə zəngin olan bölgələr mədəniyyətin turizmə inteqrasiyasını gücləndirir. Şuşa, Şəki, Lahıc, Ordubadı buna nümunə göstərmək olar. Bunlar həmçinin yerli icmaların iqtisadi fəallığına təkan verir".

Pərviz

Избранный
21
hit.az

1Источники