
Azərbaycan Prezidenti İlham Əliyev Nikaraquanın Həmprezidentləri Daniel Orteqa Saavedraya və xanım Rosario Murilyoya təbrik məktubu ünvanlayıb.
Yeniavaz.com xəbər verir ki, təbrikdə deyilir:
“15 Sentyabr – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Biz Azərbaycan-Nikaraqua əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk. İnanıram ki, ölkələrimiz arasında münasibətlərin genişləndirilməsi, həm ikitərəfli qaydada, həm də beynəlxalq təsisatlar çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsi üçün bundan sonra da birgə səylər göstərəcəyik.