RU

Komitə sədri sertifikatı olmayan həkimlərdən danışdı

Unikal.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Dərman vasitələri cəmiyyətimizi narahat edən məsələdir. Dərmanların keyfiyyəti, əlçatanlığı, qiymətləri və s. məsələlər görüşlərdə qaldırılır”.

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında komitə sədri Əhliman Əmiraslanov deyib. O bildirib ki, bu baxımdan “Dərman vasitələri haqqında” qanuna mütəmadi dəyişikliklər edilir:

"Eyni zamanda, sertifikatsız həkimlərin barəsində mediada kifayət qədər məlumatlar yayılıb. Bu, bir çox insanların hətta həyatı bahasına başa gəlib. Bu sahədə Səhiyyə Nazirliyi işlər gördü, yerlərdə yoxlamalar apardı. Bu istiqamətdə çalışdıq və Mili Məclisə tövsiyyə olunmuş qanun layihəsinə əsasən bundan sonra bu və ya digər ixtisasa yiyələnməyin yeganə yolu rezidentura keçmək olacaq. Hesab edirəm ki, bizim qəbul etdiyimiz ən vacib qanunlardan biri sertifkatlaşdırma ilə bağlı qanunlara dəyişiklik idi. Mövcud  sertifikasiya qaydalarına alternativ olan digər qaydaların da qəbul olunması mühüm məsələ idi. Bu, estetik əməliyyatlar sahəsində ölkəmizdə olan xoşagəlməz hadisələrin qarşısını alacaq”, - deyə komitə sədri bildirib.

Anar Kəlbiyev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
52
3
unikal.az

4Источники