RU

"Vərəmin müalicəyə tabe olmayan formaları ortaya çıxıb" - Deputat

"Bütün mübarizə tədbirlərinə baxamyaraq, dünyada vərəmə yoluxma artır. Vərəmin müalicəyə tabe olmayan formaları ortaya çıxıb".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında komitə sədri, deputat Əhliman Əmiraslanov deyib.

 

O bildirib ki, bu baxımdan müvafiq qurumların iştirakı ilə vərəmlə bağlı ictimai dinləmə keçiriləcək. 

Komitə sədri qeyd eidb ki, icbari tibbi sığorta bütün xəstəliklərin müayinə və müalicəsini təmin etməlidir:

"Ancaq hələ də görülməmiş işlər çoxdur. Xüsusilə, bizim fikrimiz budur ki, bu gün insanlar arasında yayılmış və tələfat verən xəstəliklərin hər biri icbari tibbi sığorta ilə əhatə olunsun".

Anar Kəlbiyev

Избранный
26
2
unikal.az

4Источники