RU

“Naxtel” abunəçilərinin NƏZƏRİNƏ Müddət uzadıldı

Bizim media portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Nömrələrin Azercell, Bakcell və ya Nar şəbəkəsinə daşınması üçün müraciət müddəti uzadılıb.Bizim.Media xəbər verir ki, bu barədə “Naxtel” MMC-dən bildirilib.

 

MÖVZU İLƏ BAĞLI:"Naxtel" mobil operatoru fəaliyyətini dayandırır - FOTO

Qeyd olunub ki, abunəçilərin çoxsaylı müraciətləri nəzərə alınaraq, həmçinin balansdakı vəsaitlərdən tam istifadə edilmədiyi və mobil operator seçiminin daha rahat həyata keçirməyi üçün xidmətlərin dayandırılması və nömrə daşınması tarixlərində dəyişiklik edilib.Belə ki, qurumdan verilən məlumata görə, son müraciət tarixi 15 gün uzadılaraq 15.12.2025-ci il olaraq müəyyən olunub.

 

15.10.2025-ci il tarixindən 15.12.2025-ci il tarixinədək Azercell, Bakcell və Nar operatorlarının xüsusi təyin edilmiş mərkəzlərində nömrələri istənilən şəbəkəyə daşımaq mümkün olacaq.

Qeyd edək ki, “Naxtel” MMC tərəfindən telekommunikasiya xidmətlərinin göstərilməsi 15.12.2025-ci il tarixindən etibarən dayandırılacaq.Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
11
7
bizim.media

8Источники