RU

Təpə üzərindən uçuş: II Dünya müharibəsinin gedişini dəyişən hava əməliyyatı

Qaynarinfo saytından alınan məlumata görə, ain.az bildirir.

II Dünya müharibəsi illərində amerikalı pilotlar Himalay dağlarını aşaraq Çinə təchizat çatdırmaq üçün son dərəcə riskli missiyalara çıxıblar.

Qaynarinfo "Slash Gear"ə Bu kampaniya "Təpə üzərindən uçuş" adlandırılıb və tarixdə ən təhlükəli hava əməliyyatlarından biri kimi yadda qalıb.

Təchizat marşrutunun dəyişməsi

1942-ci ilə qədər Çinə əsas təchizat marşrutu Birma yolu olub. Lakin Yaponiyanın Birmaya hücumu ilə bu yol bağlanıb. ABŞ məcburiyyət qarşısında Hindistandakı bazalardan dünyanın ən hündür dağ silsiləsi - Himalaylar üzərindən uçuşlar təşkil edib.

Pilotlar dəniz səviyyəsindən bir neçə yüz fut hündürlükdən qalxaraq təxminən 18 min futa qədər yüksəlməli olub. İlk dövrlərdə "Douglas DC-3" və hərbi "C-47 Skytrain" təyyarələrindən istifadə edilib, sonradan isə daha güclü və yükləmə qabiliyyəti yüksək olan "Curtiss C-46 Commando" qoşulub.

Təhlükələr və çətinliklər

Marşrut boyunca uçuşlar güclü küləklər, toz fırtınaları, musson yağışları və sərt turbulensiya ilə müşayiət olunun. Üç saatlıq uçuş tez-tez 10 saata qədər uzanıb. Həmçinin yapon qırıcılarının hücumları təhlükəni qat-qat artırıb.

Miqyas və itkilər

1943–1945-ci illərdə Himalaylar üzərindən 450 mindən çox uçuş həyata keçirilib, nəticədə 685 min ton yük daşınıb. Bununla yanaşı, 1300-dən çox ekipaj üzvü həlak olub, 500-dən artıq qəzaya qeydə alınıb.

Bütün risklərə baxmayaraq, "Təpə üzərindən uçuş" əməliyyatı Çin qoşunlarını yanacaq və sursatla təmin edib, Yaponiyanın irəliləyişini dayandırmağa və Şərqi Asiyada müttəfiq cəbhəsini möhkəmləndirməyə imkan verib.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
15
qaynarinfo.az

1Источники