RU

Tanınmış ekspert oğlunu birinci sinfə yola saldı - FOTO

Azərbaycanın bütün şəhər və rayonlarında 15 sentyabr - Bilik Günü böyük coşqu ilə qeyd olunur. Yeni tədris ilinin başlanğıcı münasibətilə məktəblərdə ilk zəng səslənib, şagirdlər, valideynlər və müəllimlər gələcək uğurlar üçün bir araya gəlib. Bu əlamətdar gündə bir çox uşaqlar üçün yeni həyat mərhələsinin ilk addımları atılır.

Milli.Az xəbər verir ki, Bilik Günü münasibətilə birinci sinfə qədəm qoyanlar arasında tanınmış nəqliyyat eksperti Aslan Əsədlinin oğlu Xəzər Əsədli də var.

Valideynlərinin və müəllimlərinin müşayiətilə məktəbə ilk dəfə qədəm qoyan Xəzər üçün bu gün xüsusilə yaddaqalan olub.

Qeyd edək ki, 2025-2026-cı tədris ili iyunun 14-də başa çatacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Избранный
15
milli.az

1Источники