"Milan"ın futbolçusu Luka Modriç A seriyası tarixinin rekorduna imza atıb.
QOL.az xəbər verir ki, o, bunu 3-cü turun "Bolonya" ilə matçıda fərqlənməklə bacarıb. 40 yaş 5 günlüyündə olan futbolçu nəticədə turnir tarixində qol vuran ən yaşlı yarımmüdafiəçi adını qazanıb.
Xorvatiyalı futbolçu 1961-ci ilin martında 38 yaş 169 günlük olarkən "İnter"ə qol vuran "Milan" yarımmüdafiəçi Nils Lidholmun rekordunu qırıb.
Qeyd edək ki, Modriç bu yay "Real"dan ayrıldıqdan sonra "Milan"a keçib.