“Neftçi” – “Sabah” oyununun ardından hakim İnqilab Məmmədovun qərarı geniş müzakirələrə səbəb olub.
Görüşün 30-cu dəqiqəsində “Sabah”ın futbolçusu Andrey Santosun “Neftçi”nin oyunçusu Freddi Varqasa kobud müdaxiləsi və ardından Emin Mahudovun zərbəsini əli ilə saxlaması hakim tərəfindən penalti kimi dəyərləndirilib.
Ancaq daha sonra VAR-a çağrılan İ.Məmmədov epizodu izlədikdən sonra qərarını dəyişib. Bu isə “Neftçi” tərəfində ciddi narazılığa səbəb olub.
Qərarın doğru olub-olmamasını öyrənmək üçün İdmanxeber.az-ın daimi eksperti olan sabiq FİFA referisi Deniz Ateş Bitnele müraciət etdik.
Həsən Quluzadə / İdmanxeber.az