RU

Paytaxtda saxlanılan üç kuryerdən 3 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Sabunçu Rayon Polis İdarəsinni 42-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı qabaqcadan əlbir olaraq narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsini təşkil edən şəxslər - 31 yaşlı İ. Qardaşxanlı, 20 yaşlı S. Nasib və 21 yaşlı V. İsmayılov saxlanılıblar. Onlardan ümumilikdə 3 kiloqrama yaxın marixuana və həşiş aşkarlanaraq götürülüb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, saxlanılanlar ifadələrində narkotik vasitələri maddi gəlir qazanmaq üçün şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiklərini və ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.

Избранный
55
5
sia.az

10Источники