RU

Alman əks-kəşfiyyatında ilk - Türk əsilli rəhbər GƏLİR!

Almaniyanın Konstitusiyanın Mühafizəsi üzrə Federal İdarəsinin (əks-kəşfiyyat) rəhbəri vəzifəsinə Türkiyə əsilli Sinan Selen təyin ediləcək.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı Almaniya parlamentinin (Bundestaq) deputatlarına istinadən “Bild” qəzeti yayıb. 

Bildirilib ki, S.Selen 1972-ci ildə İstanbulda doğulub, 4 yaşı olduqda ailəsi ilə birlikdə Almaniyaya köçüb. Köln universitetində hüquq sahəsində təhsil alan Selen Almaniya XİN-də hüquqşünas işləyib. 2019-cu ildə isə əks-kəşfiyyat rəhbərinin müavini təyin olunub. 

Məqalə müəllifləri onun bir neçə il əvvəl Türkiyə vətəndaşlığından imtina etdiyini yazıblar. 

Həmçinin qeyd olunub ki, Almaniya əks-kəşfiyyatının bundan əvvəlki rəhbəri Tomas Haldenvinq 2024-cü ilin sonunda Bundestaqa keçirilən seçkilərdə iştirak etmək üçün postunu tərk edib. Həmin dövrdən bu yana qurumun rəhbəri vəzifəsi boş olaraq qalıb. Bununla belə, Haldenvinq seçkilərdə məğlub olub və parlamentə seçilə bilməyib.

Избранный
16
1
redaktor.az

2Источники