RU

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları davam edir

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən 8-14 sentyabr tarixlərində icra edilən əməliyyatlara dair məlumat açıqlayıb.

Doğru.az xəbər verir ki, həmin müddətdə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyadaəleyhinə 118, tankəleyhinə 11 mina və 1406 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

ANAMA-nın məlumatına görə, ötən ay ərzində 1333,8 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

DOĞRU.AZ

Избранный
9
1
dogru.az

2Источники