RU

Dünyanın ən böyük kiberhücumları: Hansı ölkələr hansı zərəri gördü?

ain.az, Baku.ws saytına istinadən bildirir.

Son illərdə kiberhücumlar yalnız texnoloji təhlükəsizlik deyil, həm də iqtisadi və siyasi sabitlik üçün ciddi təhdidlərə çevrilib. Ən böyük kiberhücumlar arasında NotPetya, WannaCry və Stuxnet kimi hadisələr önə çıxır.

BAKU.WS həmin hücumların ölkələrə təsiri və zərər miqyasını araşdırıb.

NotPetya (2017): Ukraynadan dünyaya

2017-ci ilin iyununda başlayan NotPetya kiberhücumu ilkin olaraq Ukrayna dövlət qurumlarını hədəf alsa da, qısa müddətdə beynəlxalq səviyyəyə yayıldı. Zərər çəkənlər arasında Maersk, Merck, Mondelez, Rosneft və DHL kimi böyük şirkətlər var. ABŞ administrasiyası bu hücumu Rusiya hərbi əməliyyatı kimi qiymətləndirib. Ümumi iqtisadi zərər 10 milyard dollardan çox olub.

WannaCry (2017): Qlobal səhiyyə və iqtisadiyyatın əsiri

2017-ci ilin mayında yayılan WannaCry zərərli proqramı 150-dən çox ölkədə 200.000-dən çox kompüteri təsir etdi. Ən çox zərər çəkənlər arasında İngiltərənin Milli Səhiyyə Xidməti (NHS), Nissan, Renault, FedEx, Telefonica və Deutsche Bahn yer alıb. ABŞ hökuməti bu hücumu Şimali Koreya ilə əlaqələndirib. Ümumi zərər 4 milyard dollar civarında qiymətləndirilir.

Stuxnet (2010): İranın nüvə proqramına qarşı

2010-cu ildə kəşf edilən Stuxnet hücumu İranın Natanz nüvə obyektindəki uran zənginləşdirmə prosesini hədəf aldı. ABŞ və İsrailin əməkdaşlığı ilə həyata keçirildiyi güman edilir. Nəticədə İranın nüvə obyektlərində ciddi texniki nasazlıqlar yaranıb, lakin iqtisadi zərər miqdarı dəqiq məlum deyil.

Kiyevstar (2024): Ukrayna Telekom infrastrukturuna hücum

2024-cü ilin dekabrında Ukraynanın aparıcı mobil operatoru Kiyevstar, Rusiya mənşəli Sandworm qrupunun həyata keçirdiyi hücum nəticəsində ciddi zərər gördü. Hücum qlobal telekommunikasiya infrastrukturuna qarşı ən böyük hücumlardan biri kimi qiymətləndirilir. Kiyevstar zərərin aradan qaldırılması və sistemlərinin gücləndirilməsi üçün 90 milyon dollar vəsait ayırıb.

Dövlətlər, beynəlxalq təşkilatlar və özəl sektor arasında əməkdaşlıq, kiber təhlükəsizlik sahəsində təlim və tədqiqatlar daha da əhəmiyyət kəsb edir.

Kiberhücumlar göstərir ki, texnologiyanın sürətli inkişafı həm imkanlar, həm də ciddi risklərlə birgə gəlir. Ölkələr və şirkətlər bu təhlükələrə qarşı daim hazır olmalıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
10
1
baku.ws

2Источники