RU

Paşinyan:“Ermənistan heç vaxt indiki qədər təhlükəsiz olmayıb”

Ajans.az xəbər verir ki,bu fikirləri o, bu gün keçirilən “Hərtərəfli Təhlükəsizlik və Qarşıdurma – 2025” adlı beynəlxalq konfransda səsləndirib. Paşinyanın sözlərinə görə, hazırda Ermənistan həm təhlükəsizlik, həm də sabitlik baxımından əvvəlki dövrlərlə müqayisədə daha güclü mövqedədir: “Bu gün Ermənistan heç vaxt olmadığı qədər müstəqil, heç vaxt olmadığı qədər suveren, heç vaxt olmadığı qədər təhlükəsiz və sabit bir dövlətdir”, – deyə baş nazir bildirib. Ermənistan-Azərbaycan münasibətlərinə toxunan Paşinyan bu istiqamətdə də optimist mövqe sərgiləyib: “Əgər yazda desəydim ki, Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq və sülh əldə olunacaq, indi artıq bəyan edə bilərəm ki, Ermənistanla Azərbaycan arasında sülh var”, – deyə o əlavə edib. Baş nazirin bu çıxışı regionda uzun müddətdir davam edən gərginlik fonunda xüsusi diqqət çəkib. Onun fikirləri, xüsusilə Ermənistan və Azərbaycan arasında normallaşma prosesinə dair verilən beynəlxalq siqnallar fonunda regionda sabitliyin möhkəmlənməsi baxımından mühüm siyasi bəyanat kimi qiymətləndirilir.

 

Избранный
54
Ajans.az

1Источники