RU

Roma Papası BMT-ni tənqid etdi

Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo Birləşmiş Millətlər Təşkilatını (BMT) tənqid edib.

7Times.az xəbər verir ki, Papa Leo BMT-nin çoxtərəfli imkanlarını itirməsi ilə bağlı ümumi fikrin olduğunu bildirib.

Roma Papası körpü qurmağın yolunun dialoqdan keçdiyini deyib: “Fəaliyyətimin ilk iki ayında nail ola bildiyim şeylərdən biri dünya liderlərinin səfərləri vasitəsilə ən azı bir növ dialoq qurmaq olub. Nəzəri olaraq, BMT bu məsələlərin bir çoxunun müzakirə edildiyi yer olmalıdır. Təəssüf ki, hazırda BMT-nin ən azı çoxtərəfli imkanlarını itirdiyi barədə ümumi fikir var”.

Qütbləşmənin bu günün şüarlarından birinə çevrildiyi bir dövrdə yaşadığımızı qeyd edən Roma Papası bildirib: “Amma bu, heç kimə kömək etmir və ya kömək edirsə, çox az insana kömək edir və hər kəs əziyyət çəkir”.

Papa Leo Rusiya-Ukrayna müharibəsinə də toxunub. “İnsanlar birtəhər oyanıb deməlidirlər: Bunu etmək üçün başqa bir yol var; bu münaqişəyə son qoyaq. Hesab edirəm ki, müxtəlif aktorlar kifayət qədər təzyiq göstərməlidirlər ki, münaqişə tərəfləri “bəsdir, fikir ayrılıqlarımızı həll etmək üçün başqa yol tapaq” desinlər”, – deyə o diqqətə çatdırıb.

Избранный
5
13
7times.az

10Источники