RU

Qazaxıstanın Çinlə ticarətində defisit artdı

BAKI, 15 sentyabr. TELEQRAF

Qazaxıstanın Çinlə ticarətində defisit artıb.

Teleqraf xəbər verir ki, bu barədə "Tengrinews" məlumat yayıb.

Qazaxıstanın Çinlə ticarətində idxal həcmi artdığı halda ixrac azalmaqdadır ki, bu da ikitərəfli ticarət balansında defisitin böyüməsinə gətirib çıxarıb.

Bildirilir ki, Çin Qazaxıstanın ən böyük ticarət tərəfdaşı olaraq ölkənin ümumi ticarət dövriyyəsinin 23 faizindən çoxunu təşkil edir.

2025-ci ilin ilk yarısında Qazaxıstanın Çinlə ticarət dövriyyəsi 14,9 milyard dollar olub, bu isə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5,9 faiz artım deməkdir.

Qeyd edilir ki,bu artım əsasən idxal hesabına baş verib: idxal 22,8 faiz artarkən, ixrac təxminən 10 faiz azalıb.

Избранный
17
teleqraf.com

1Источники