Aparıcı Nigar Fərhad paylaşımı ilə diqqət çəkib.
Publika.az xəbər verir ki, o, xərçəng xəstəliyinin aşkarlandığını bildirib.
Teleaparıcı xəstəliyi ilə bağlı bunları deyib:
"Hazırda bir şey deyə bilməyəcəyəm. Onkoloji vəziyyətdir. Yoxlamaların cavablarını gözləyirik. Xoş xassəli, ya da bəd xassəli olacaq. Ancaq pozitivə köklənirəm. Qızımın qarşısında hər zaman hər problemlərin öhdəsindən gəldiyimi göstərmişəm.