Milli Məclisdə vərəmlə mübarizəyə dair ictimai dinləmə keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin sentyabrın 15-də keçirilən iclasında bildirib.
Komitə sədri diqqətə çatdırıb ki, bununla bağlı məsələ komitənin 2025-ci ilin payız sessiyası üçün İş planına daxil edilib.
O qeyd edib ki, sessiya müddətində “Azərbaycanda vərəmlə mübarizə: mövcud vəziyyət, problemlər və onların həlli yolları” mövzusuna dair ictimai dinləmə təşkil olunacaq.
Dünyada vərəmə yoluxma hallarının artdığını deyən Əhliman Əmiraslanov əlavə edib: “Hazırda vərəmin müalicəyə çətin tabe olan formaları ortaya çıxıb. Ona görə də müvafiq qurumlarla birgə dinləmə keçirməyə ehtiyac var”.