RU

"Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa yol yox idi"

Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 15-də keçirilən "Hərtərəfli təhlükəsizlik və qarşıdurma - 2025" beynəlxalq konfransında Azərbaycanın ərazi bütövlüyünü tanımasının səbəblərini açıqlayıb.

Milli.Az xəbər verir ki, Paşinyan bildirib ki, Ermənistanın ərazi bütövlüyünü beynəlxalq müstəvidə təsdiqləmək üçün Azərbaycanın ərazi bütövlüyünün tanınması qaçılmaz idi:

"Mən Ermənistanın ərazi bütövlüyünü tanımaq üçün Azərbaycanın ərazi bütövlüyünü tanıdım. Sadəcə olaraq, başqa yol yox idi", - deyə o vurğulayıb.

O, əlavə edib ki, 8 avqustda Vaşinqtonda paraflanan sülh sazişi Ermənistanın təhlükəsizliyinin legitimliyini əhəmiyyətli dərəcədə gücləndirib. Onun sözlərinə görə bu sənəd tərəflər arasında ratifikasiya edilən və hüquqi qüvvəyə malik ilk ikitərəfli beynəlxalq müqavilədir.

Fidan
Milli.Az

Избранный
24
1
milli.az

2Источники