RU

Bakıda üç mağazanı taladı

Paytaxtın Yasamal rayonunda silsilə oğurluqlar qeydə alınıb. Naməlum şəxs ayr-ayrı vaxtlarda 3 mağazadan ümumilikdə 2076 manat nağd pul və 2760 manat dəyərində tütün məmulatlarını talayıb. Bu barədə zərərçəkənlər polis orqanına müraciət ediblər.
 
Moderator.az xəbər verir ki, Yasamal RPİ-nin 27-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluq və narkotiklə əlaqəli cinayətlərə görə məhkum edilmiş 32 yaşlı S.Zeynalov saxlanılıb.
 
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Избранный
49
23
moderator.az

10Источники