RU

Paytaxt məktəblərində Bilik Günü qeyd olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində Bilik Günü ilə bağlı tədbirlər keçirilib.

Tədbirlərdə elm və təhsil nazirinin müavini Həsən Həsənli, Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov, Elm və Təhsil Nazirliyinin Uşaq və gənclərin inkişafı siyasəti şöbəsinin müdiri Elnur Əliyev, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov, MÜTDA-nın direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, Elm və Təhsil Nazirliyinin, MÜTDA-nın və BŞTİ-nin struktur bölmə rəhbərləri, yerli icra hakimiyyəti orqanının nümayəndələri, şəhid ailələrinin üzvləri və qazilər, ziyalılar, müəllim və valideynlər iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirlərdə çıxış edən müəssisə rəhbərləri yeni tədris ilində qarşıya qoyulan hədəflərdən və təhsil sahəsində aparılan islahatlardan söz açıblar.

Elm və Təhsil Nazirliyinin, MÜTDA-nın, BŞTİ-nin nümayəndələri və qonaqlar yeni dərs ilində müəllim və şagirdlərə uğurlar arzulayıblar. Bildirilib ki, ümumi təhsil müəssisələrində ilk dərslər "Konstitusiya və Suverenlik İli"nə həsr olunub. Tədbirdə iştirak edən qonaqlar, həmçinin ilk dərs prosesini də izləyiblər.

Qeyd edək ki, yeni tədris ilində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ümumilikdə, 505 766 şagird təhsil alacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
28
1
olaylar.az

2Источники