RU

“Labubu” istehsalçısı oyuncaq ətrafında ajiotajın azalması fonunda $13 milyard dəyər itirib

Məşhur Labubu oyuncaqlarını istehsal edən “Pop Mart International” Çin şirkəti 26 avqust zirvəsindən sonra 13 milyard dollar dəyər itirib. Bildirilir ki, 15 sentyabrda kapitalizasiya təxminən 344 milyard Honq-Konq dollarına (44.2 milyard ABŞ dolları) düşüb, “Bloomberg” yazır.

15 sentyabrda “Pop Mart” səhmləri Honq-Konq birjasında 9% ucuzlaşıb, günün sonunda azalma 6.4%-ə enib. Buna baxmayaraq, 2025-ci ilin əvvəlindən qiymət hələ də 180%-dən çox artıb və “Hang Seng” indeksində liderdir.

“JPMorgan” şirkətin reytinqini “neytral”a endirib, hədəf qiyməti isə 25% azaldaraq 300 Honq-Konq səviyyəsində müəyyən edib. Analitiklər Labubu ətrafındakı ajiotajın azalmasını və yüksək qiymətləndirməni risk kimi görür. İkincil bazarda da oyuncaqların qiymətləri düşür, bu isə tələbin soyumasına işarə edir.

Labubu-nun uğuru sayəsində “Pop Mart”ın dəyəri 388 milyard Honq-Konq dollarına (49.8 ABŞ dolları) yüksəldib, qurucusu Van Nini isə Çinin ən gənc milyarderlərindən birinə çevirib. 15 sentyabrda onun sərvəti 21.6 milyard dollara düşüb. Bildilir ki, iş adamı bir gündə 1.5 milyard dollar itirib.

Избранный
40
banker.az

1Источники