RU

İcra başçısının sabiq müavini dələduzluqda ittiham olunur

Dələduzluq etməkdə təqsirləndirilən Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini V.A və tanışı T. B. cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
 
Moderator.az Oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən iclasda sənədlərin tədqiqi mərhələsində prosesə çağırıldıqları halda iştirak etməyən şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb.
 
Oktyabrın 20-də keçirilməsi nəzərdə tutulan növbəti iclasda ifadəsi alınmayan şahidlərin iştirakı gözlənilir.
 
Qeyd edək ki, cinayət işi üzrə zərərçəkən kimi Gədəbəy rayon sakini C.M. tanınır. İttihama görə, təqsirləndirilən şəxslər C.M.-ni Gədəbəy Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin ediləcəyi ilə aldadaraq 51 min manat pulunu alıblar. T.B. bir müddət əvvəl başqa dələduzluq əməlinə görə məhkum edilib. Eks-müavin isə həbsdə deyil. İstintaq dövründə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Onların hər ikisinə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Избранный
33
10
moderator.az

10Источники