DOST Agentliyi bu il də “Bilik Günü” ilə əlaqədar ucqar dağ kəndlərində yaşayan şagirdləri sevindirib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, “DOST sevinci” layihəsi çərçivəsində əməkdaşlarımız və “Könüllü DOST” proqramının iştirakçıları arasında toplanılan məktəb ləvazimatları ucqar dağ kəndlərində yaşayan ibtidai sinif şagirdlərinə hədiyyə edilib.
İsmayıllı rayonunun Lahıc, Kürdmaşı, Xanagah və Təzəkənd kənd orta məktəblərində, həmçinin ətraf kəndlərin uşaqları üçün İsmayıllı rayon Uşaq-Gənclər İnkişaf Mərkəzində ümumilikdə 276 şagirdə məktəb ləvazimatları təqdim edilib.
“Könüllü DOST” proqramının təşkilatçılığı ilə həyata keçirilən layihənin məqsədi korporativ sosial məsuliyyətliliyin inkişaf etdirilməsi, rayon ictimaiyyətinin “DOST” konsepsiyası ilə bağlı daha yaxından məlumatlandırılması, həmçinin məktəbliləri, xüsusilə birinci sinifə başlayan uşaqları sevindirmək və onlara təhsilin önəmini aşılamaq olub.
Mustafa Kamal
XQ