RU

Kərkicahana hücumlar və dinc sakinlərin öldürülməsi ilə bağlı sənədlər elan olunub

Sentyabrın 15-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi sənədlərin elan olunması ilə davam etdirilir.

Elan olunan sənədlərdən biri 1988-1991-ci illərdə Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində törədilmiş kütləvi iğtişaşlar, qəsəbədə yaşayan azərbaycanlı sakinlərin evlərinin dağıdılması faktı üzrə şübhəli şəxslərin və şahidlərin ifadələri ilə bağlı olub.

Elan olunan sənədə əsasən, şübhəli şəxs qismində dindirilmiş Sarkisyan Georqi İsakoviç ifadəsində göstərib ki, 1988-ci il sentyabrın 18-20-də ermənilər tərəfindən azərbaycanlıların evləri dağıdılıb, yandırılıb, azərbaycanlılar Xankəndi şəhərindən qovulublar.

Sənədə görə, G.Sarkisyan bildirib ki, dəstəsində Arkas, Şahin, Razmik, Balayan qardaşları, sürücü Edik, Vanik və Vaçik qardaşları, Qrişa, Maksim olub.

Həmin sənədə görə, şahid qismində dindirilmiş Səfərov Şahverdi Bəhlul oğlu ifadəsində göstərib ki, 1988-ci ildən başlayaraq Kərkicahan qəsəbəsində azərbaycanlıların yaşadığı evlərə basqınlar olub, həmin basqınlara tanıdığı Jora adlı erməni təşkilatçılıq edib.

Elan edilən sənədə əsasən, şahid qismində dindirilmiş Xaçaturyan Aleksandr ifadəsində göstərib ki, 1988-ci ilin fevralından Araksi, Kaprelyan Qurqen, Raça Beqlaryan və digərləri ermənilərin və azərbaycanlıların aralarında düşmən münasibət yaratmağa başlayıblar. Araksi Kərkicahan qəsəbəsində çıxış edərək, azərbaycanlıları Qarabağdan qovmağa səsləyib. 1988-ci ilin fevral ayından Sarkisyan Joranın başçılıq etdiyi silahlılar azərbaycanlıların Qarabağdan qovulmasını təşkil edib, hərbi paltarda gəzərək yanında olan şəxslərlə azərbaycanlılara qarşı tədbirlər hazırlayıb.

Избранный
41
29
aznews.az

4Источники