Müvafiq paylaşım sentyabrın 15-də bu partiyanın sosial şəbəkələrdəki səhifələrində yerləşdirilib.
Paylaşımda deyilir: “Biz dost və qardaş Azərbaycanı paytaxt Bakının işğaldan azad edilməsinin ildönümü münasibətilə səmimi-qəlbdən təbrik edirik. Qafqaz İslam Ordusunun qəhrəman komandirlərinin və cəsur əsgərlərinin xatirəsini dərin ehtiramla anırıq”.
Ədalət və İnkişaf Partiyası Türkiyə və Azərbaycanın “Bir millət, iki dövlət” kəlamı işığında bundan sonra da çiyin-çiyinə olacağına əminliyini ifadə edib.
AzVision.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта