RU

Trampın xüsusi nümayəndəsi Kit Kelloq: Rusiya, əslində, Ukraynadakı müharibəni uduzur

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

"Rusiya, əslində, döyüş meydanında qalib gəlmir".

Oxu.Az-ın UNİAN nəşrinə istinadən xəbərinə görə, bu sözləri ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Kit Kelloq Kiyevdə keçirilən konfransda çıxışı zamanı deyib.

O, həmçinin ABŞ liderinin Putinlə sammitdən əvvəl ona bu sualı verdiyini də qeyd edib.

"Rusiya qalib gəlirmi? Bu çox gözəl sualdır, çünki Prezident Tramp, təxminən, altı həftə əvvəl Oval kabinetdə mənə bu sualı vermişdi. Eyni sual. Və mən qətiyyətlə dedim ki, cənab prezident, mənə qulaq asmayın. Sizin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn bayırda gözləyir. O, maşının yanında dayanıb. Onu içəri dəvət edin, bu barədə ondan soruşun. O, sizin baş hərbi məsləhətçinizdir", - deyə Kit Kelloq bildirib.

O əlavə edib ki, həm özü, həm də Keyn Trampa eyni şeyi deyiblər - rusiyalıların qələbəsindən söhbət gedə bilməz.

"Den də eyni şeyi dedi. Onlar (ruslar) qalib gəlirlər? Xeyr. Onlar qalib gəlmirlər. Putin isə istədiyi qədər deyə bilər ki, qalib gəlirlər", - deyə Kelloq bildirib.

O vurğulayıb ki, əslində, Rusiya bu müharibəni uduzur.

"Əgər Putin qalib gəlsəydi, o, Kiyevdə, Dneprdən qərbdə, Odessada olardı və hökuməti dəyişərdi. Əslində, Rusiya bu müharibəni uduzur", - deyə Kit Kelloq qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
26
3
oxu.az

5Источники