RU

Bu ət satışı məntəqəsi qanunsuz işləyirmiş

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları nəzarət tədbirləri çərçivəsində İsmayıllı rayonunun Cülyan kəndində fəaliyyət göstərən, fiziki şəxs Şirvan Aslan oğlu Salmanova məxsus ət satışı məntəqəsində yoxlama aparıblar.
 
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Moderatotr.az-a verilən məlumata görə, yoxlama zamanı məntəqənin qeydiyyatdan keçmədən qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb. Həmçinin sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı, ətlərin açıq hava şəraitində satışa çıxarıldığı, müvafiq təmizlik işlərinin görülmədiyi, işçinin tibbi müayinəyə cəlb olunmadığı və digər nöqsanlar müəyyən edilib.
 
Faktla bağlı qanunverciliyə uyğun olaraq məntəqənin fəaliyyəti məhdudlaşdırılıb, sahibi barəsində inzibati tədbir görülüb.
Избранный
21
8
moderator.az

10Источники